Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin dördüncü mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib.
BUTA.TV müraciətin mətnini təqdim edir:
"Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzuna daha bir töhfə verən "Əziz Şuşa” beynəlxalq velosiped turnirinin üçüncü mərhələsi başa çatıb.
Bu gün yarışın dördüncü mərhələsinə Gəncə şəhərindən start veriləcək. İdmançılar əvvəlcədən müəyyən edilmiş marşrut üzrə Gəncə-Şəmkir avtomobil yolundan keçib Göygöl rayonu istiqamətində hərəkət edərək növbəti finiş xəttini Göygöl Dövlət Təbiət Qoruğunda keçəcəklər. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.
Mötəbər idman yarışının təhlükəsiz şəraitdə keçməsi üçün sürücülərdən qeyd olunan müddət ərzində velosipedçilərin hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik".
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var