İstanbulda BMT, bir sıra AB ölkələri və Böyük Britaniyanın iştirakı ilə regional məsləhətləşmələr keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu gün İstanbulda Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, AB və BMT-nin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə regional məsləhətləşmələr keçiriləcək”, - məlumatda deyilir.
Türkiyə tərəfini xarici işlər nazirinin müavini Burak Akçapar təmsil edəcək. Regional və qlobal problemlərin müzakirəsi planlaşdırılır.
İclasda iştirak edənlərin adları açıqlanmayıb.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var