Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu York şəhərindəki mənzil qərargahında dalğalanan bayraqlar endirilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, kompleksdə BMT-yə üzv olan 193 dövlətin bayrağı Nyu Yorkda havanın kirliliyi səbəbi ilə endirilib.
BMT baş katibinin sözçüsü Stefan Dujarik baş verənlərlə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, beynəlxalq təşkilat öz texniki işçilərini lazımsız risklərdən qorumaq üçün belə bir qərar alıb:
"Bayraqlarla bağlı alınmış xüsusi qərarlara uyğun prosedurlar var. Bunlar güclü yağışlar, şiddətli küləklər, soyuq temperatur müşahidə etdiyimiz zaman tətbiq olunur. Burada çalışdığım 20 il ərzində ilk dəfədir ki, bu qərarın tətbiq edildiyinə şahid oluram. Havanın keyfiyyəti ilə bağlı problemlərə görə biz təhlükəsizlik işçilərimizi lazımsız risklərə atmaq istəmirik", - deyə sözçü vurğulayıb.
Qeyd edək ki, Kanadadakı kütləvi meşə yanğınları səbəbindən Nyu Yorkda havanın keyfiyyəti təhlükəli həddə çatıb.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var