Əslində Patruşev (Rusiya TŞ katibi Nikolay Patruşev) bu açıqlamasıyla Vaşinqtonu və ya rusiyalı rəsmilərin təbirincə desək, “kollektiv Qərb”i deyil, elə keçmiş SSRİ ölkələrini hədəf seçib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Patruşevin ABŞ-ın keçmiş SSRİ ölkələri arasında konstruktiv münasibətləri pozmaq məqsədi ilə postsovet məkanının bütün dövlətlərinə misli görünməmiş təzyiqlər etməsi haqda açıqlamasına münasibət bildirərkən deyib.
“Patruşev Rusiyaya qonşu olan ölkələri xəbərdar etdi ki, ABŞ və “kollektiv Qərb”dən uzaq dursunlar. Həqiqətən ABŞ və Avropa Birliyi keçmiş SSRİ respublikalarının Rusiyanın təsirindən uzaqlaşmasını istəyir, ancaq Patruşevin dediyi kimi, Vaşinqton, London və ya Brüssel Rusiyaya qonşu dövlətlərin arasında nifaq yaranmasına çalışmır, bu, “kollektiv Qərb”in maraqlarına ziddir. Nifaq yaratmağı, “parçala və hökm sür” siyasətini Kreml yaxşı bacarır”, - politoloq vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan ABŞ və AB ilə sıx əlaqələrə malikdir, tərəfdaşlıq münasibətləri var və bu iqtisadi əlaqələrdən qazanc əldə edir:
“Rusiya istəyir deyə, Azərbaycan ABŞ və AB ilə əməkdaşlıqdan imtina etməyəcək. Rusiya ilə birgə müxtəlif təşkilatlarda yer alan Mərkəzi Asiya ölkələri də Rusiyanın xeyrinə ABŞ və Avropa ilə əməkdaşlıqdan vaz keçməyəcəklər. Ona görə də Patruşevin Qərbi hədəf alan açıqlaması Rusiyaya qonşu olan ölkələrin əksəriyyəti üçün əhəmiyyətli deyil”.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var