Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycandan Türkiyəyə heyvan və heyvan mənşəli məhsulların ixracına nodulyar dermatit xəstəliyi ilə bağlı, Qazaxıstana isə at ixracı və tranzitinə atların manqo xəstəliyi ilə bağlı tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.
BUTA.TV xəbər verir ki, bunu AQTA-nın sədri Qoşqar Təhməzli yerli şirkətlərin "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" adlı tanıtım sərgisində çıxışı zamanı deyib.
"Avropa İttifaqına yun, dəri, qurbağa ayaqları və ilbizlərin ixracına icazələr əldə edilib. Ölkədə xırdabuynuzlu heyvanların "taun xəstəliyindən azad" statusunun alınması üçün monitorinqlər keçirilib və zəruri tədbirlər icra olunub", - deyə AQTA-nın sədri əlavə edib.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var