Milli Məclisin (MM) sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuşa təbrik məktubu ünvanlayıb.
MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi BUTA.TV-a verilən məlumata görə, məktubda spiker Sahibə Qafarova Numan Qurtulmuşu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsinə seçilməsi münasibəti ilə öz adından və Milli Məclisin deputatları adından təbrik edərək, ona ən xoş arzularını çatdırıb.
Məktubda deyilir ki, “Bir millət iki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasındakı strateji müttəfiqlik bütün sahələrdə olduğu kimi parlamentlərarası əlaqələr sahəsində də uğurla inkişaf edir.
Milli Məclisin sədri Numan Qurtulmuşu ölkəmizə rəsmi səfərə dəvət edib.
Həmin gün Sahibə Qafarovanın Numan Qurtulmuşla telefon danışığı da olub.
Telefon danışığı zamanı Milli Məclisin spikeri, TBMM sədrini bir daha təbrik edərək, xalqlarımızın mənafeyi və rifahı naminə gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Türkiyə Böyük Millət Məclisinin sədri təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirərək, TBMM ilə Milli Məclis arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var