Rusiya rejimi, rus hökuməti Ermənistanı tərk etdi.
BUTA.TV xəbər verir ki, bunu Almaniya Bundestaqının Beynəlxalq əlaqələr komissiyasının sədri Mixael Rott İrəvandakı çıxışında deyib.
Rusların AB-nin Ermənistandakı missiyasının Rusiyanı bu ölkədən çıxarmaq olduğu ilə bağlı açıqlamalarına cavab verən Rott bildirib ki, Rusiya xarici işlər naziri özünün sonsuz imperialist xarici siyasətini davam etdirir və Kremlin təbliğatını yayır.
Onun sözlərinə görə, AB missiyası Ermənistanda rəsmi İrəvanın istəyi ilə yerləşib:
“Biz öz xoşumuzla erməni xalqının təhlükəsizliyini təmin etməyə gəlməmişik. Biz işğalçı deyilik, Ermənistan hökuməti ilə əməkdaşlıq edərək regionda sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə veririk. Regionda rus qoşunları, ağır hərbi texnikaları var, biz isə onlardan fərqli olaraq mülki missiyayıq”.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var