Moldovanın MDB çərçivəsində imzalanmış sazişlərdən çıxması onun iqtisadiyyatına mənfi təsir göstərəcək.
BUTA.TV xəbər verir ki, bunu Moldovanın keçmiş prezidenti, Sosialist Partiyasının lideri İqor Dodon bildirib.
"MDB ilə müqavilələrin ləğvi Moldova iqtisadiyyatına, kənd təsərrüfatına, sənayesinə və s. əlavə ağır, bəlkə də ölümcül zərbə olacaq. Əgər belə bazar yoxdursa, biz mallarımızla nə edəcəyik? Avropa onları almayacaq”, – siyasətçi bildirib.
Qeyd edək ki, Moldova MDB çərçivəsində daha iki sazişi (təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında və MDB-yə üzv dövlətlər arasında strateji silahlı qüvvələr haqqında) denonsasiya edib.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var