Bakıda toy karvanında dava düşüb.
BUTA.TV-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Neftçilər prospektində iki “Niva” markalı avtomobilin sürücüsü yolda “Prius” markalı avtomobilin sürücüsü ilə mübahisə edib. Avtomobillərdən birinin sürücüsü hərəkətin əksinə dayanaraq digər nəqliyyat vasitələrinin gedişinə maneə yaradıb.
Mövzuya münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyib ki, yayılan görüntülər nəzarətə götürülüb və sürücülərin aşkarlanaraq inzibati qaydada məsuliyyətə cəlb edilmələri istiqamətində axtarış aparılır.
Qeyd edək ki, baş verən bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 100 manat və 4 balla nizamlanır.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var