Argentina millisinin kapitanı, son dünya çempionu Lionel Messi investisiya şirkəti olan "Play Time"nin sahibidir.
BUTA.TV "Blumberq"ə istinadən xəbər verir ki, Messi ötən il yaratdığı sözügedən şirkətin idarəçiliyini erməni əsilli Razmik Hovakimyana həvalə edib.
ABŞ-da yaradılan şirkət idman, texnologiya və mediaya investisiya yatırmaqda fəaldır.
Qeyd edək ki, Hovakimyan Misirin paytaxtı Qahirədə erməni ailəsində anadan olub, 16 yaşında Los-Ancelesə köçüb və Berkli Kaliforniya Universitetində Siyasi İqtisadiyyat və Biznesin İdarə Edilməsi fakültəsində təhsil alıb.
Razmik Hovakimyan beynəlxalq onlayn video yayım saytı "Viki"nin həmtəsisçisi və icraçı direktoru, həmçinin qlobal məzmun üzrə baş icraçı direktor, Yaponiyanın elektron ticarət şirkəti "Rakuten"in direktorlar şurasının üzvüdür.
"Rakuten" "Barselona"nın əsas sponsorlarından biridir.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var