Utilizasiya ilə bağlı ayrı qanun qəbul olunmalıdır. Çünki istehsalat tullantılarının utilizasiyası ilə maşınların utilizasiyası fərqli prosesdir.
BUTA.TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında “İstehsalat və məişət tullantıları haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Avropa ölkələrində belə ayrıca qanun var:
“Utilizasiya ilə bağlı 2 fərqli praktika var. Bunlardan biri ABŞ, digəri Avropa İttifaqının praktikasıdır. Hər ikisində utilizasiya prosesi 12 ildir. Beynəlxalq praktikada utilizasiya müddəti 12 il götürülsə də, bizim layihədə bu, 4 il müəyyən edilir. Bunun əsaslandırılmasına ehtiyac var. Az müddətin götürülməsi idxal avtomobillərinin xərclərini də artıracaq. Ödəmə üsullarının təkmilləşdirilməsinə də ehtiyac var”.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var