Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) prezident seçkilərinin birinci turundan bir gün əvvəl çevriliş hazırlığı barədə məlumat alıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Yeni Şəfəq” nəşri məlumat yayıb.
Məlumata görə, şənbə günü (13 may) saat 13:00-da (Bakı vaxtı ilə 14:00) dəniz piyadalarının S.T. adlı mayoru MİT-in Çanaqqaladakı regional bölməsinə gedib və bildirib ki, Türkiyədə 2016-cı ilin 15 iyun çevrilişinə cəhdin eynisi törədiləcək.
Məlumata çox ciddi yanaşılıb. MİT, Milli Müdafiə Nazirliyi, Baş Qərargah və Prezident Administrasiyası məsələdən xəbərdar edilib.
Bütün kazarmalar və hərbi bazalarda növbə ilə axtarışlar aparılıb. Kazarmalara giriş-çıxış məhdudlaşdırılıb.
Sonradan məlum olub ki, məlumatı gətirən S.T. adlı şəxs yalan danışır, onun psixi problemləri var. Amma buna baxmayaraq, hərbi baza və kazarmalarda ehtiyat tədbirləri mayın 28-dək saxlanılıb.
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer