Azərbaycan Hava Yolları QSC-yə (AZAL) dövlət tərəfindən verilən subsidiyaların qalıq kimi bank hesabında qalmasında qəbahət yoxdur.
BUTA.TV xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, müəyyən dövlət şirkətərinə, xüsusilə də publik hüquqi şəxslərə iqtisadi dəstək tədbirləri çərçivəsində və ya yaranan zərərin qaşrılanması üçün subsidiyalar yönəldilir:
“Bu, həmin şirkətlər tərəfindən istifadə olunmalıdır. Amma bu o anlama gəlmir ki, bu şirkətlərin bank hesabları sıfırlanmalıdır”.
Nazir bildirib ki, bizdə olan məlumata görə, AZAL-ın bank hesabında ilin sonunda qalıq kimi 8,3 milyon manat qalıb.
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer