Banqladeşin, Hindistanın dərmanlarını gətiririk, amma Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilməmişik.
BUTA.TV xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, büdcədə bu problemlərin həlli üçün maliyyə var:
“Olimpiya komplekslərinin və digər bu kimi yerlərin saxlanması üçün ayrılan vəsait insanların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməlidir. Bu kimi yerlər təcili özəlləşdirilməlidir. Digər tərəfdən, dərmanların qiymətləri çox bahadır. Bizim bazardan Avropa dərmanları çıxıb. Banqladeşin, Hindistanın dərmanlarını gətiririk. Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilmədik. İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olurlar”.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var