İlham Əliyev Ermənistandan 50 milyard dollar məbləğində təzminat tələb edəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında politoloq Argişti Kiviryan deyib.
O bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin öz yurisdiksiyasına verilməsini də tələb edə bilər.
Kiviryan sovet xəritələri ilə sərhədlərin müəyyənləşməsi məsələsinə də toxunub:
“Hansı sovet xəritələrindən danışırıq? Azərbaycan Sovet Azərbaycanının deyil, ilk Azərbaycan müsavatçı respublikasının (Azərbaycan Xalq Cümhuriyyətinin – red.) hüquqi varisidir. Müasir Azərbaycan bu respublikanın (Xalq Cümhuriyyətinin – red.) varisi kimi ən azı Zəngəzura, Göyçənin yarısına, hətta İcevan şəhərinə də iddia edir. Bu, Azərbaycanın strateji hədəfləridir. Paşinyan və komandası belə bir fikrin daşıyıcısıdır ki, Ermənistan öz tələblərindən əl çəksə, rəqiblər də öz tələblərindən əl çəkəcəklər. Amma həyat göstərdi ki, bu ideya əsassızdır”.
Qeyd edək ki, Azərbaycan işğal vaxtı dəyən ziyana görə Ermənistandan beynəlxalq müstəvidə təzminat tələb edəcəyini açıqlayıb. Bu təzminatın dəyəri isə hesablanmaqdadır və bununla bağlı müxtəlif rəqəmlər – hətta 800 milyard dollar – səsləndirilir.
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer