Azərbaycan Dillər Universitetində 2022-2023-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb.
Ali təhsil ocağının İctimaiyyətlə əlaqələr şöbəsindən BUTA.TV-a verilən məlumata görə, bununla bağlı ADU-nun rektoru, akademik Kamal Abdulla əmr imzalayıb.
İmtahan 1 iyun 2023-cü il tarixindən etibarən 5 həftə müddətinə əyani keçiriləcək.
İmtahanlar 3 növbədə - səhər saat 10:00-dan başlayaraq 18:00-ə qədər davam edir. Gün ərzində təxminən 1000 tələbə imtahan verir.
Həmçinin cari buraxlış ili (IV kurs) tələbələrinin YBDA imtahanları 01 iyun 2023-cü il tarixindən davam etməkdədir.
İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir.
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı