Çinin Honkonq şəhərində anadan olmuş, həm Çin, həm də Böyük Britaniya Krallığının - ikili vətəndaşlığı olan Tsang Yau Keungun Bakının Mərkəzi Klinik Xəstəxanasında ölüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, mayın 29-da Tsang Yau Keung Honkonq şəhərindən Böyük Britaniya Krallığına getmək üçün təyyarə ilə uçuş vaxtı qəflətən vəziyyəti pisləşib.
Bu zaman təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına məcburi eniş edib və Tsang Yau Keung təcili tibbi yardımın müşayiəti ilə Mərkəzi Klinik xəstəxanasına yerləşdirilib. Xəstəxanada müayinə zamanı Tsang Yau Keungun ürəyindən uzun müddətdir müalicə alması, ürəyinə stend qoyulduğu müəyyən edilib. Daha sonra Mərkəzin reanimasiya şöbəsində tibbi yardım səylərinə baxmayaraq o, dünyasını dəyişib.
Araşdırma aparılır.
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı