Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ötən gün Nazirlər Kabinetinin yeni tərkibini elan etməsindən sonra ən çox müzakirə edilən isimlərdən biri də Mehmet Şimşəkdir.
BUTA.TV xəbər verir ki, yeni maliyyə və xəzinə naziri Mehmet Şimşəyin gəlişi ilə ciddi dəyişikliklər olacağı gözlənilir.
Bildirilir ki, Mehmet Şimşək əslində Ərdoğan komandasının üzvü olub, 2007-2009-cu illərdə maliyyə naziri, 2009-2015-ci illərdə isə iqtisadiyyat naziri vəzifəsini daşıyıb. Onun iqtisadiyyata rəhbərlik etdiyi zaman Türkiyə iqtisadiyyatının ən güclü dövrü sayılır.
2015-ci ildə Qaziantepdən millət vəkili olaraq təkrar seçilib, 4 noyabr 2015-ci il tarixində Əhməd Davudoğlunun Baş nazir olduğu kabinetdə Baş nazirin müavini vəzifəsini alıb.
2016-cı ildə Davudoğlunun istefasının ardından Binəli Yıldırımın qurduğu hökumətdə də yer alıb, ancaq 2018-ci ildə İqtisadi Koordinasiya Qurumuna rəhbərlik ondan alınıb və Yıldırıma verilib. Bununla da komanda ilə yolları ayrılıb.
Mehmet Şimşək son illər dünyanın böyük şirkətlərdə məsləhətçi, idarəedici kimi çalışıb. Dünya miqyasında ən bacarıqlı iqtisadçılardan biri kimi tanınır.
Daha bir maraqlı məqam isə 1967-ci il təvəllüdlü (56 yaş) Mehmet Şimşəyin kürd kökənli olmasıdır. O, Türkiyə ilə bərabər ABŞ və Böyük Britaniya vətəndaşıdır.
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı