İyunun 4-də “Red Bull” komandasından hollandiyalı Maks Ferstappen Formula 1 üzrə dünya çempionatının yeddinci turu olan İspaniya Qran-Prisinin qalibi olub.
BUTA.TV xəbər verir ki, ikinci yeri “Mersedes”in britaniyalı pilotu Luis Hamilton, üçüncü yeri onun həmyerlisi və komanda yoldaşı Corc Rassel tamamlayıb. Aprel ayından bəri ilk dəfə Hamilton podiuma qalxmağı bacarıb. O əvvəlki dəfə Avstraliya Qran-Prisində ikinci oldu, daha sonra Ferstappen qələbə qazandı.
Verstappen cari çempionatda 5-ci qələbəsini qazanıb və 170 xalla şəxsi hesabda liderliyini davam etdirir. İkinci pillədə hollandiyalının komanda yoldaşı, meksikalı Serxio Peres (117), ilk üçlüyü isə Aston Martin komandasından olan ispan Fernando Alonso (99) qapayır.
Barselona 1991-ci ildən dünya çempionatı mərhələsinə ev sahibliyi edir. İspaniya Qran Prisində qələbələrin sayına görə rekordçular yeddiqat dünya çempionları almaniyalı Mixael Şumaxer və Hamiltondur, onların hər birinin altı qələbəsi var. İspaniyada aktiv pilotlar arasında Verstappen (2016, 2022) və Alonso (2006, 2013) də qalib gəlib.
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı