Güney Azərbaycanın bir neçə bölgəsində, xüsusilə, Germi şəhərində sel və daşqınlar olub. Orada durum çox ağırdır, o cümlədən, bəzi kəndlərdə tələfat çoxalıb, kənd təsərrüfatı və maldarlıq ciddi ziyan görüb.
Bu sözləri BUTA.TV-a Güney Azərbaycandan olan milli fəal Sürgün Günəş sel daşqınlarından sonra yaranan durumla bağlı danışarkən deyib.
Onun sözlərinə görə, daşqınlar içməli su mənbələrini də sıradan çıxardıb:
“Leysan yağışlar içməli su mənbələrini yararsız hala salıb. Bəykənddə kanalizasiya sistemi dağılıb. Nəticədə ətrafda anti-sanitariya hökm sürür. Sel olan bölgələrdə ərzaq qıtlığı yaranıb. Əsasən çörək almaq çətinləşib. Hakimiyyət tərəfindən heç bir yardım olunmayıb. Biz də xəbərləri gözləyirik, dəymiş ziyanın nəticələri açıqlanmayıb. Əhali əlacsız durumdadır və kömək gözləyir”.
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Naxçıvanda da buraxılış imtahanları keçirildi
- Batumidə iki azərbaycanlı külli miqdarda narkotiklə tutuldu
- Evdən icazəsiz çıxan gəlinini 6 bıçaq zərbəsi ilə öldürdü...
- Bakıda sürücülər arasında gərginlik qəzaya səbəb oldu - Video
- Sabahın hava proqnozu açıqlandı