Pakistanın keçmiş Baş naziri İmran Xan Milli Hesabat Bürosuna bildirib ki, korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə qanunsuz həbslə əlaqədar böhtan və reputasiyaya dəymiş ziyana görə 5,8 milyon dollarlıq iddia qaldırmaq niyyətindədir.
BUTA.TV xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb.
“Mən Milli Hesabat Bürosunun rəhbərinə hüquqi xəbərdarlıq etdim. Həbsimlə bağlı order konstitusiyaya və qanuna zidd olaraq verilib. Ali Məhkəmənin binasında zorakılıqla həyata keçirilən qanunsuz və əsassız həbs böhtan atmaq məqsədi daşıyıb. Bu, mənim reputasiyama mənfi təsir etdi. Beləliklə, mənim diffamasiya işi qaldırmağa tam haqqım var”, - o qeyd edib.
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Naxçıvanda da buraxılış imtahanları keçirildi
- Batumidə iki azərbaycanlı külli miqdarda narkotiklə tutuldu
- Evdən icazəsiz çıxan gəlinini 6 bıçaq zərbəsi ilə öldürdü...
- Bakıda sürücülər arasında gərginlik qəzaya səbəb oldu - Video
- Sabahın hava proqnozu açıqlandı