“Vaqner”in rəhbəri Yevgeni Priqojinin sərt ritorikası Rusiya müxalifətçilərini qadağan olunmuş mövzulara toxunmağa və Vladimir Putinin başqa bir şəxslə əvəzlənməsinə çağırış kimi qəbul edilə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
Hesabatda bildirilib ki, mayın 27-də rusiyalı müxalif siyasətçi Boris Nedelin NTV-nin efirində Rusiya ilə Avropa arasında normal münasibətləri bərpa etmək üçün 2024-cü ildə yeni prezidentin seçilməsinə çağırıb:
“Nedelin Rusiyanın Ukraynaya qarşı müharibəsinin kəskin tənqidçisi olub və bu, çox güman ki, müharibə başlayandan bəri Rusiya dövlət kanalında Putini əvəz etməklə bağlı ilk çağırışdır. Son 15 ayda Rusiya söz azadlığına sovet dövründən bəri görünməyən məhdudiyyətlər tətbiq edib. Bununla belə, “Vaqner”in rəhbəri Yevgeni Priqojin kimi millətçi fiqurların son kəskin tənqidlərinin müxalifət nümayəndələrini qadağan olunmuş mövzuları qızışdırmağa sövq edir”.
- Naxçıvanda da buraxılış imtahanları keçirildi
- Batumidə iki azərbaycanlı külli miqdarda narkotiklə tutuldu
- Evdən icazəsiz çıxan gəlinini 6 bıçaq zərbəsi ilə öldürdü...
- Bakıda sürücülər arasında gərginlik qəzaya səbəb oldu - Video
- Sabahın hava proqnozu açıqlandı
- Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Samuxda əkin sahəsindən kişi meyiti tapıldı