NATO kontingentindən 700 əlavə hərbçi Kosovaya göndəriləcək.
BUTA.TV xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.
"Biz Balkan bölgəsi üçün operativ ehtiyatdan əlavə 700 nəfər göndərmək qərarına gəldik. Həmçinin, daha bir batalyon döyüş hazırlığı vəziyyətinə gətiriləcək. Lazım gələrsə, onlar da yerləşdiriləcək", - o bildirib.
Stoltenberq NATO-nun KFOR kontingentinin təhlükəsizliyi təmin etmək üçün zəruri addımları atacağını vurğulayıb və Kosovada vəziyyəti gərginləşdirən tərəfləri zorakılığı dərhal dayandırmağa çağırıb.
Qeyd edək ki, iki gün öncə Kosovanın şimalında etiraz edən serblərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Nəticədə xeyli sayda həm mülki, həm də NATO hərbçisi yaralanıb.
- Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
- FHN Gəncədə təlim keçirdi - Video
- Füzulidə ağır qəza: 2 ölü, 2 yaralı
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı