Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 31-dən iyunun 1-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Mayın 31-i gündüz şimal və qərb rayonlarından başlayaraq iyunun 3-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
- Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
- FHN Gəncədə təlim keçirdi - Video
- Füzulidə ağır qəza: 2 ölü, 2 yaralı
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı