İsmayıllı rayonunda yük avtomobilində 2 tona yaxın at əti aşkarlanıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakini Xəyal Ziliyev idarə etdiyi “Ford” markalı avtomobillə birgə saxlanılıb. Nəqliyyat vasitəsinin yük yerinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 2 tona yaxın at əti aşkarlanıb. Araşdırma zamanı at ətinin Cülyan kənd sakini Samir İsayevə məxsus olduğu və X.Ziliyevin istifadəsində olan avtomobillə Bakı şəhərinə göndərmək istədiyi müəyyən edilib. Davam etdirilən tədbirlərlə S.İsayev də şöbəyə gətirilərək izahatı alınıb. Aşkar edilmiş 10 rəst ata aid ət müvafiq nümunələr götürülməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına təhvil verilib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
- Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
- FHN Gəncədə təlim keçirdi - Video
- Füzulidə ağır qəza: 2 ölü, 2 yaralı
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı