Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov şirkətdən ayrılıb.
BUTA.TV xəbər verir ki, o bu barədə “RİA Novosti”yə danışıb.
İş adamı fikrini öz layihələrinə yönəltmək niyyətindədir: “Biz atamla məsləhətləşdik və birlikdə qərar qəbul etdik ki, mənim səlahiyyətlərim kompaniyanın aparıcı top-menecerləri arasında bölünəcək”. O bildirib ki, 22 il şirkətdə çalışıb, lakin indi bir çox başqa layihələri var. Qeyd edək ki, E. Ağalarov 2001-ci ildən “Crocus Group”da çalışıb, 2014-cü ildən birinci vitse-prezident vəzifəsini tuturdu.
- Bakıda güclü külək əsir – Faktiki hava
- Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
- FHN Gəncədə təlim keçirdi - Video
- Füzulidə ağır qəza: 2 ölü, 2 yaralı
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...