Taksi sürücüsü sərnişini maşından itələdi: telefonunu taladı

18:06 - 29 May 2023 - GÜNDƏM

 Taksi sürücüsü sərnişini maşından itələdi: telefonunu taladı

Bakıda taksi sürücüsü sərnişinə qarşı soyğunçuluq edib.

Daxili İşlər Nazirliyindən BUTA.TV-a verilən xəbərə görə, mayın 27-nə keçən gecə Binəqədi rayonu ərazisində taksi sürücüsünün sərnişinini itələyib avtomobildən düşürməsi və mobil telefonunu talayaraq getməsi barədə polisə məlumat daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səmədzadə müəyyən olunaraq saxlanılıb.

Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Bu xəbər hal-hazırda çox oxunur
Yer kürəsində maqnit fırtınası başladı

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol