Gəncədə süni göldə suyun səviyyəsi yenidən artdı

19:26 - 28 May 2023 - GÜNDƏM

 Gəncədə süni göldə suyun səviyyəsi yenidən artdı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə güclü yağış səbəbindən suyun səviyyəsinin artması və ətraf ərazilərə təhlükə yaratması ilə əlaqədar məlumat daxil olub.

Bu barədə BUTA.TV-a FHN-dən məlumat verilib.

Qeyd edilib ki, məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda ətraf ərazilərin subasma riskinin aradan qaldırılması üçün göldə suyun səviyyəsinin azaldılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir əmr imzaladı: bu qurumlar birləşdirildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol