Pakistanın keçmiş baş naziri İmran Xan və rəhbəri olduğu “Təhriki İnsaf” Partiyasının siyasətçilərinin ölkədən çıxışına qadağa qoyulub.
BUTA.TV xəbər verir ki, bu barədə “Geo Nyus” məlumat yayıb.
Məlumata görə, partiyanın bir neçə siyasətçisi son 3 gündə Pakistanı tərk etmək istəyərkən hava limanında saxlanılıblar.
“Nation” qəzetinin məlumatına görə, Pakistan Xalq Partiyasının rəhbəri Faysal Kərim Kundi İmran Xanın ABŞ-dan siyasi sığınacaq almaq üçün müraciət edəcəyini iddia edib.
İmran Xan isə deyilənləri təkzib edib və ölkəni tərk etməyi planlaşdırmadığını bildirib.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var