Bu ilin sonundan etibarən Şuşa şəhərinə ilkin olaraq 1 500 sakinin köçürülməsi nəzərdə tutulub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev bunu bu gün Şuşa şəhərində keçirilən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun 66-cı iclasında bildirib.
“Böyük qayıdış” Dövlət Proqramına əsasən, Şuşanın keçmiş sakinlərinin bu şəhərə qayıtması və onların layiqli həyat şəraitinin yaradılmasını təmin etmək üçün artıq Şuşada ötən ilin avqust-sentyabr aylarından başlayaraq 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb", - K. Quliyev qeyd edib.
Şuşada görülən işlər barəsində danışan K.Quliyev bildirib ki, ümumilikdə, hazırda Şuşada təhsil ocağın, xəstəxananın və poçt binasının tikintisi davam edir:
“Bu poçt binası ASAN və DOST xidmətlərini özündə birləşdirəcək. Bütün bu layihələrin icrası bu ilin sonuna yekunlaşacaq”.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var