Rus əmək miqrantları əsasən bu iki ölkəyə axın edir
Ermənistanda Rusiyadan gələn əmək miqrantlarının sayı son bir ildə 272% artıb, Qazaxıstana da rusiyalıların axını müşahidə olunur.
BUTA.TV xəbər verir ki, bunu Avrasiya İqtisadi Komissiyasının Əmək Miqrasiyası və Sosial Müdafiə Departamentinin direktoru Altınay Omurbekova deyib.
“Biz yalnız işçilərlə bağlı statistika aparırıq, yəni bunlar işləmək üçün gedən insanlardır. Ermənistan və Qazaxıstana 2022-ci ildə axının artması barədə məlumatlarımız var. Məsələn, Ermənistanda 2021-ci illə müqayisədə artım 272% təşkil edir. Qazaxıstanda da təxminən 70% artım var”, - Omurbekova bildirib.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var