KTMT ölkələrinin müdafiə nazirləri bu gün Minskdə koalisiya əməkdaşlığı məsələlərini müzakirə edəcəklər.
BUTA.TV xəbər verir ki, bunu KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov deyib.
“İclas iştirakçıları KTMT-yə üzv ölkələrin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidləri, habelə böhrana cavab sisteminin təkmilləşdirilməsi məsələlərini müzakirə edəcəklər”, - o bildirib.
Zaynetdinov qeyd edib ki, görüş zamanı KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin komandanlıq-nəzarət orqanlarının, birləşmələrinin birgə hazırlığı, hərbi-texniki əməkdaşlıq və s. ilə bağlı sənədlərə baxılması planlaşdırılır.
Qeyd edək ki, Belarusun müdafiə naziri Viktor Xreninin sədrliyi ilə keçiriləcək iclasda KTMT-nin baş katibi İmanqali Tasmaqambetov və KTMT-nin Birləşmiş Qərargah rəisi Anatoli Sidorov iştirak edəcək.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var