Bir neçə gün öncə Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxın 7 kəndinin qaytarılması müqabilində Azərbaycan ərazisindəki Başkənd anklavının da Ermənistana qaytarılmasının mümkünlüyü ilə bağlı çıxış etmişdi.
BUTA.TV xəbər verir ki, erməni mətbuatı hazırda Ermənistanda yaşayan Başkənd ermənilərinin kəndə qayıdıb-qayıtmayacaqları ilə bağlı fikirlərini öyrənib.
Sakinlərin əksəriyyəti kəndə qayıtmaq barədə düşünmədiklərini bildiriblər.
“Hazırda baxımsız qalan kənd bərbad vəziyyətdədir. Üstəlik, heç kim ora getməyə risk etmir, çünki Azərbaycanın 24 kəndi ilə əhatə olunub. Yolumuz da Azərbaycan ərazisindən keçirdi”, - sakinlərdən biri bildirib.
Başqa bir sakin isə deyib ki, 5 min hektar ərazisi olan kənd əvvəllər çox varlı idi:
“Artıq orda heç nə yoxdur və onu bərpa etmək də mümkün deyil”.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var