Rusiya Ukrayna sərhədini sütundan sütuna tam bağlaya, yaxud gecə-gündüz nəzarət edə bilməz.
BUTA.TV xəbər verir ki, bu sözləri ukraynalı ekspert Aleksandr Kovalenko Belqorodda baş verən son hadisələri müzakirə edərkən deyib.
O, Rusiyanın Ukrayna ilə olan təxminən 2 min km-lik quru sərhədinin yalnız 700 km-dən bir az artıq hissəsinə ümumi hərbçi sayı 17 min nəfər olan 25 batalyon-taktiki qrup yerləşdirildiyini bir daha xatırladıb.
Ekspertin sözlərinə görə, 25 batalyon-taktiki qrupun bütün bu sərhədi nəzarətə götürməsi mümkün deyil.
Qeyd edək ki, Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllüləri Korpusu 22 mayda Belqorod vilayətinə hücum edib: Ukrayna ilə sərhəd məntəqəsi ələ keçirilib, sərhədçi öldürülüb. Daha sonra isə onlar Qrayvoron şəhərini ələ keçiriblər.
Rusiya isə ötən gün diversantların məhv edildiyini, vilayətdə elan edilən fövqəladə rejimin aradan qaldırıldığını açıqlayıb.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var