Ermənistan Baş naziri Nikol Paşinyanın “Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatından sonra Xankəndidəki separatçılar tabe olmayacaqlarını açıq şəkildə elan edirlər. Bundan sonrakı mərhələdə bu mövqelərini davam etdirmək üçün “silahlı müqavimət” təşkil edəcəkləri ehtimalı daha böyükdür.
BUTA.TV xəbər verir ki, bu barədə siyasi müşahidəçi Asif Nərimanlı qeyd edib.
“Həbsxanalardan cinayətkarları azad etmək istəkləri də “döyüşə” canlı qüvvə toplamaq məqsədi daşıyır. Xocalıda silahlı dəstələri sülhməramlıların müşaiyəti altında artıq təlimlər keçir. Mümkün təxribatlar zamanı Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyəcəkləri bəllidir, lakin qarşıdurma, xüsusilə əhalinin zərər görəcəyi vəziyyətin yaradılması ilə reinteqrasiya prosesinin başlanması perspektivini baltalayırlar”.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var