Azərbaycanın 86,6 min kv.km ərazisinə anklavlar da daxildir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“29.8 kv.km-ə Başkənd də daxildir. Bu hesablama ilə 86.6 min kv.km anklavları da (Qazaxın 7, Naxçıvanın 1 kəndi) özünə birləşdirir. Bu, siyasi mövqedir və məsələnin hüquqi tərəfi müzakirə olunmalıdır”, - Paşinyan bildirib.
Paşinyan Ermənistan və Azərbaycan ərazilərinin tanınmasına paket şəklində baxılmasını təklif edib. Onun sözlərinə görə, anklavlarla bağlı bir neçə variant var, məsələn, ya sülh sazişi imzalanandan sonra ərazilərin mübadiləsi aparılacaq, ya da heç nə dəyişməyəcək.
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var
- 19 yaşlı Abdullayevi güllələyən polis həbs olundu
- Keçmiş mətbuat katibi qəfil vəfat etdi - Foto
- Bədənində döymə olanlar hərbi xidmətə çağırılmır?
- Parkda qanunsuz quraşdırılmış konstruksiya sökülür - Foto