Mayın 21-də Günəş səthində olan oblastlarda aktivlik artıb, bir neçə güclü M sinif alışmalar baş verib.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından BUTA.TV-a verilən məlumata görə, yaranan tac atılmaları (CME- Coronal Mass Ejection) və tac dəliklərindən çıxan yüksək sürətli axınlar (CH HSS- Coronal Hole High Speed Stream) səbəbindən 22-24 may tarixləri üçün G1 (minor) geomaqnit qasırğasının baş verəcəyi ehtimal olunur.
Mayın 22-də geomaqnit şəraitin davam edən CME effektləri nəticəsində G2 (orta) stabilləşməmiş səviyyədə olacağı gözlənilir. Mayın 23-ü günün sonu, mayın 24-də G1 (mülayim) geomaqnit qasırğası müşahidə olunacaq.
22-24 may tarixlərində geomaqnit sahənin intensivliyini göstərən loqarifmik Kp əmsalı 1-6 intervalında dəyişəcək.
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var
- 19 yaşlı Abdullayevi güllələyən polis həbs olundu
- Keçmiş mətbuat katibi qəfil vəfat etdi - Foto
- Bədənində döymə olanlar hərbi xidmətə çağırılmır?
- Parkda qanunsuz quraşdırılmış konstruksiya sökülür - Foto