Yunanıstanda keçirilən parlament seçkilərində ekzit-poll nəticələri göstərir ki, baş nazir Kiriakos Miçotakisin mühafizəkar partiyası liderdir, lakin hökuməti dərhal formalaşdırmaq üçün parlamentdə kifayət qədər yer qazana bilməyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Assoşeyited Press”in məlumatında deyilir.
Rəsmi nəticələr təsdiqlənərsə, Miçotakis 300 yerlik parlamentdə çoxluğu təmin etmək üçün koalisiya tərəfdaşları axtarmalı olacaq. Əgər koalisiya danışıqları nəticə verməsə, iyunun sonu və ya iyulun əvvəlində təkrar seçkilər keçirilə bilər.
Bundan əlavə, ekzit poll nəticələrinə görə, Miçotakisin əsas rəqibi, ölkənin keçmiş baş naziri, 48 yaşlı Aleksis Çipras və onun solçu partiyası “Siriza” ikinci yerdədir. Rəy sorğuları Miçotakisin “Yeni Demokratiya Partiyası”nın 121-125 yer, “Siriza”nın isə 86-89 yerlə qalib gələcəyini, ümumilikdə 6-7 partiyanın 3%-lik səs baryerini keçərək parlamentə daxil olacağını proqnozlaşdırıb.
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var
- 19 yaşlı Abdullayevi güllələyən polis həbs olundu
- Keçmiş mətbuat katibi qəfil vəfat etdi - Foto
- Bədənində döymə olanlar hərbi xidmətə çağırılmır?
- Parkda qanunsuz quraşdırılmış konstruksiya sökülür - Foto