Türkiyədə keçiriləcək prezident seçkisinin II turu fonunda Sinan Oğanın kimə dəstək verəcəyi ilə bağlı iddialar gündəmə gəlib.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı “Cümhuriyyət” qəzeti yayıb.
Məlumata görə, Oğan artıq hakim Cümhur İttifaqına simpatiya bəsləyir və hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.
Oğanın seçimini qətiləşdirməsində terrorla mübarizə məsələlərində Cümhur İttifaqının Millət İttifaqından daha dəqiq konsepsiyaya malik olmasının rol oynadığı vurğulanıb.
Qeyd edək ki, türkiyəli aparıcı Fateh Altaylı Sinan Oğanın hansı namizədi dəstəkləyəcəyi ilə bağlı sabah açıqlama verəcəyini bildirib.
- 19 yaşlı Abdullayevi güllələyən polis həbs olundu
- Keçmiş mətbuat katibi qəfil vəfat etdi - Foto
- Bədənində döymə olanlar hərbi xidmətə çağırılmır?
- Parkda qanunsuz quraşdırılmış konstruksiya sökülür - Foto
- Mehriban Əliyeva Antalyada panel iclasında iştirak etdi - Foto
- Kürdə suyun səviyyəsi artdı: nasos stansiyalarına fasilə...
- Səfərbərlik Xidməti onlara xəbərdarlıq etdi
- Yer kürəsində maqnit fırtınası başladı