Lənkəranın Sütəmurdov kəndində avtomobillər toqquşub, ölən və yaralanan var.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, “VAZ-2106” və “Hyundai” markalı avtomobillərin toqquşub.
Qəzadan sonra “VAZ-2106" işıq dirəyinə və ağaca çırpılıb. Hadisə nəticəsində “VAZ-2106”nın sürücüsü hadisə yerində ölüb, avtomobildə olan qadın sərnişin ağır xəsarətlər alıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb
Qeyd edək ki, “Hunday” markalı avtomobilin sürücüsü hadisə yerindən yayınıb. Hazırda onun tapılıb istintaqa cəlb olunması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
- Mehriban Əliyeva Antalyada panel iclasında iştirak etdi - Foto
- Kürdə suyun səviyyəsi artdı: nasos stansiyalarına fasilə...
- Səfərbərlik Xidməti onlara xəbərdarlıq etdi
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto
- Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı - Video
- Sabah 25 dərəcə isti olacaq
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi