Bugünkü görüşün əsas mövzusu Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasıdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə deyib.
S.Lavrov Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatların mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
O bildirib ki, bütün məsələlərin həllində məhz bu bəyanatlar həlledici rol oynamalıdır:
“Bu, sülh müqaviləsinə, kommunikasiyaların açılmasına, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyasına aiddir. Bütün istiqamətlərdə tərəqqi Cənubi Qafqazda sülhə nail olmaq üçün əsas şərtdir”.
XİN rəhbəri onu da qeyd edib ki, Rusiyanın Cənubi Qafqaz regionunda ciddi maraqları var və tarixən burada rola malik olub.
Onun sözlərinə görə, rəsmi Moskva regionda sülh və sabitliyin tam bərqərar olmasına töhfə verməyə hazırdır.
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto
- Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı - Video
- Sabah 25 dərəcə isti olacaq
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi