Türkiyədə seçkilərin ikinci tura keçəcəyini və namizədlərin birinci turda səslərini düzgün proqnozlaşdıran “Sonar” araşdırma mərkəzinin sahibi Hakan Bayraqçı ikinci turla bağlı yeni açıqlamalar verib.
BUTA.TV xəbər verir ki, bu barədə “Haber 7” məlumat yayıb.
Bayraqçı bildirib ki, ikinci turda Ərdoğan 52,1, Kılıçdaroğlu isə 47,9 səs alacaq:
“İlkin olaraq proqnozlar belədir. Sinan Oğan bitərəf qalarsa, onun topladığı səslərin 3,6 faizi namizədlər arasında tən (1,8% olmaqla) bölünəcək, seçicilərinin 1,6% seçkiyə getməyəcək. Oğan Kılıçdaroğlunu seçsə, 2,2% Kılıçdaroğluya, 1%-i Ərdoğana gedəcək, seçicilərinin 2%-dən çoxu səs verməyəcək. Əgər Ərdoğanı seçərsə, səslərinin 2%-ni Ərdoğan, 1,8%-ni Kılıçdaroğlu alacaq, seçicilərinin 1,4% isə seçkiyə getməyəcək”.
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto
- Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı - Video
- Sabah 25 dərəcə isti olacaq
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi