14 mayda Türkiyədə baş tutan prezident seçkilərində namizədlər 50+ faiz səs toplamadıqları üçün mayın 28-də ikinci tur keçiriləcək.
BUTA.TV xəbər verir ki, ikinci turda Cümhur İttifaqından prezidentliyə namizəd, indiki Prezident Rəcəb Tayyib Ərdoğan “Altılı masa”dan prezidentliyə namizəd, CHP sədri Kamal Kılıçdaroğlu ilə mübarizə aparacaq.
Mayın 14-də keçirilən seçkidə Ərdoğan 49.52 faiz (27 milyon 133 min 837 səs) toplamışdı. Kılıçdaroğlunun isə topladığı səs daha az idi – 44.88 faiz (24 milyon 594 min 932 səs).
Maraqlıdır ki, Ərdoğanın elə ilk turda prezident seçilməsi üçün 0.48 faiz, yəni 263 001 səsi çatmadı.
Bu da ATA İttifaqından prezidentliyə namizəd Sinan Oğanın topladığı səslərin (2 milyon 831 min) 9.29 faizidir.
- Sabah 25 dərəcə isti olacaq
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi
- Banka borcunu ödəməyənlər üçün yeni qayda
- Hava kəskin əyişir: FHN xəbərdarlıq etdi
- Yaz-yay fəsillərində sel təhlükəsi: FHN tədbirlər keçirdi - Foto