Ermənistan üçün Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlu hazırkı Prezident Rəcəb Tayyib Ərdoğandan daha arzuolunandır.
BUTA.TV xəbər verir ki, bunu erməni türkoloq Anuş Ovannisyan deyib.
“Türkiyə proqramlarında Ermənistan kimin hakimiyyətdə olmasından asılı olmayaraq? dost ölkə ola bilməz. Amma Kılıçdaroğlu daha çox qərbyönlüdür, o, demokratiya tərəfdarıdır”, - o bildirib.
Ovannisyan qeyd edib ki, 2011-ci ildə Kılıçdaroğlunun erməni köklərindən bəhs edən broşür paylanıb:
“Kılıçdaroğlu Qərb tərəfindən daha çox idarə olunacaq, onun xarici siyasəti bizimlə dialoq üçün daha əlverişli olacaq, nəinki partiyası “Boz qurdlar”la əməkdaşlıq edən, ermənilərlə bağlı planlarını gizlətməyən Ərdoğan”.
Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkisinin ikinci turu keçiriləcək. Birinci turda 49,51%, səs toplayan hazırkı Prezident Ərdoğan və 44,88% səs toplayan “Altılı masa”nın namizədi Kılıçdaroğlu toplayıb.
- Azərbaycanda süni intellektlə ilk tarixi film hazırlandı - Video
- Bu satışdan əldə edilən gəlirdən vergi tutulacaq
- Şamaxıda 39 yaşlı kişi dəm qazından öldü
- Bakıda bu şadlıq sarayı bağlandı - Video
- Ali məktəblərə qəbul imtahanının II mərhələsinə qeydiyyat...
- Azərbaycan Ermənistandan mal idxal etməyə başlaydı
- Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
- Ordubadda qaya uçqunu oldu