Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenkonu Ukraynaya qarşı müharibəyə sürükləmək ümidini artıq itirib.
BUTA.TV xəbər verir ki, bu açıqlama ilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov çıxış edib.
Onun sözlərinə görə, 2022-ci il fevralın 24-dən sonra Belarusun bu müharibəyə qoşulmasının qarşısını almaq üçün Ukrayna tərəfindən xeyli səy göstərilib:
"Biz bütün mümkün ünsiyyət yollarımızdan, bütün imkanlarımızdan istifadə etmişik, hətta bir deputatdan da istifadə etmişik ki, Belarus bir ölkə kimi bu müharibəyə qoşulmasın. Bu, birinci məqsəd olub. İkincisi məqsəd Rusiya ordusu sıxışdırılarkən Belarus ərazisindən Ukraynaya təkrar daxil olmaq və ya zərbə endirmək cəhdlərinin qarşısının alınmasıdır. Hazırda buna da nail olunub".
- Bu satışdan əldə edilən gəlirdən vergi tutulacaq
- Şamaxıda 39 yaşlı kişi dəm qazından öldü
- Bakıda bu şadlıq sarayı bağlandı - Video
- Ali məktəblərə qəbul imtahanının II mərhələsinə qeydiyyat...
- Azərbaycan Ermənistandan mal idxal etməyə başlaydı
- Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
- Ordubadda qaya uçqunu oldu
- Şəmkirdə kişini elektrik cərəyanı vuraraq öldürdü