Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsində yerləşən tarixi karvansara tamamilə dağılmaq üzrədir.
Kult.az xəbər verir ki, bu barədə güneyli sosial media fəalları məlumat veriblər.
Səfəvilər dövründə inşa edilən və Azərbaycanın ən böyük tarixi karvansaralarından olan tikilinin qanunsuz tarixi əşya qaçaqmalçıları tərəfindən dağıdıldığı bildirilir.
Fəallar tarixi abidənin bərpası və qorunması ilə bağlı əyalətin Mədəni İrs Təşkilatına müraciət etdiklərini, ancaq müsbət cavab ala bilmədiklərini yazıblar.
Qeyd edək ki, Vərziğan karvansarası 19 mart 2007-ci ildə 18912 qeydiyyat nömrəsi ilə İran milli əsərləri siyahısına salınsa da, bərpasına vəsait ayrılmayıb. Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Təbrizdə yox olmaq üzrə olan onlarla tarixi abidənin bərpası və qorunması istiqamətində isə İranın məsul orqanı heç bir addım atmır.
- “Teleradio”ya yeni rəhbər təyin edildi
- Bakıda tuneldə asfalt örtüyü çökdü - Video
- Azərbaycanda süni intellektlə ilk tarixi film hazırlandı - Video
- Bu satışdan əldə edilən gəlirdən vergi tutulacaq
- Şamaxıda 39 yaşlı kişi dəm qazından öldü
- Bakıda bu şadlıq sarayı bağlandı - Video
- Ali məktəblərə qəbul imtahanının II mərhələsinə qeydiyyat...
- Azərbaycan Ermənistandan mal idxal etməyə başlaydı