Slovakiya, Sloveniya və Çexiya liderləri Zuzana Çaputova, Nataşa Pirc-Musar və Petr Pavel vergi ödəyicilərinin pullarına qənaət etmək və mühərriklərdən zərərli emissiyaları azaltmaq məqsədilə çərşənbə axşamı Reykyavikdəki Avropa Şurasının sammitinə eyni təyyarə ilə gediblər.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, üç respublikanın rəhbəri Slovakiya prezidentinin təyyarəsi ilə Reykyavikə uçublar. Çaputova və Pirc-Musar Bratislavadan yola düşüblər. Onlar yolüstü Pavelin səfər etdiyi Kopenhagenə enərək onu da özlərilə aparıblar.
Xarici səfərlər zamanı üst-üstə düşən istiqamətlər üzrə bir təyyarədən istifadə ideyası Çaputova və Pavelə məxsusdur. Onlar bu barədə ilin əvvəlində razılığa gəliblər.
Bildirilir ki, Reykyavikdən qayıdarkən Avstriya prezidenti Aleksander Van der Bellen və Moldova dövlət başçısı Maya Sandu da Slovakiya, Sloveniya və Çexiya liderlərinə qoşulacaqlar.
- Bu satışdan əldə edilən gəlirdən vergi tutulacaq
- Şamaxıda 39 yaşlı kişi dəm qazından öldü
- Bakıda bu şadlıq sarayı bağlandı - Video
- Ali məktəblərə qəbul imtahanının II mərhələsinə qeydiyyat...
- Azərbaycan Ermənistandan mal idxal etməyə başlaydı
- Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
- Ordubadda qaya uçqunu oldu
- Şəmkirdə kişini elektrik cərəyanı vuraraq öldürdü