Azərbaycan Prezidenti İlham Əliyevin mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistan Baş naziri Nikol Paşinyanla 4 saat çəkən müzakirələrində hələlik şifahi razılaşdırılan bir neçə bənd var. Bunlardan biri tərəflərin Ümumdünya Gömrük Təşkilatı ilə birgə əməkdaşlığına aiddir.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bu, olduqca vacib məqamdır:
“İrəvan Zəngəzur dəhlizinin açılmasına etiraz etməsə də, hər iki tərəfdən gömrük yoxlamalarını beynəlxalq təşkilat olan Ümumdünya Gömrük Təşkilatının həyata keçirilməsi təklifinə müsbət yanaşıb. Biz Zəngəzur dəhlizinin açıq olmasını, yəni Naxçıvana keçiddə heç bir yoxlama həyata keçirilməməsini istəyirik, ancaq güzəşt kimi sərhəddə yoxlamanın beynəlxalq təşkilatın həyata keçirməsi variantına razılaşmaq mümkündür”.
- Şəmkirdə kişini elektrik cərəyanı vuraraq öldürdü
- Qatarlar arasında interval niyə 8 dəqiqəni keçib?
- Bu endirim kampaniyasında qiymətlər danışacaq - Foto
- Zakir Fərəcov idarə rəisini vəzifəsindən azad etdi
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır