Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda yüksək çinli rusiyalı məmurların vəzifələrindən getməsi qadağan edilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Vajnıe istorii” nəşri rusiyalı yüksək çinli məmurlara yaxın mənbələrə istinadla məlumat verib.
Məlumata görə, azı iki qubernator istefa vermək istəyib, lakin Rusiya Prezident Administrasiyasından onlara nəinki istefaya getmək qadağası qoyulub, hətta haqlarında cinayət işi açılacağı ilə hədələniblər. Mənbə quberatorların adlarını açıqlamayıb.
Başqa bir mənbə isə bildirib ki, Rusiyanın Ukraynaya təcavüzündəın sonra xeyli rusiyalı məmur istefa vermək istəyib. Lakin Kreml onların bu istəyini satqınlıq kimi qiymətləndirib, çünki dövlət qulluqçularının qarşısına birlik nümayiş etdirmək tapşırığı qoyulub.
Nəşr bildirib ki, qadağa qeyri-rəsmi xarakter daşıyır, buna görə də bəzi məmurlara ya səhhətinə, ya da korrupsiyaya görə işdən çıxmağa icazə verilir.
- Ordubadda qaya uçqunu oldu
- Şəmkirdə kişini elektrik cərəyanı vuraraq öldürdü
- Qatarlar arasında interval niyə 8 dəqiqəni keçib?
- Bu endirim kampaniyasında qiymətlər danışacaq - Foto
- Zakir Fərəcov idarə rəisini vəzifəsindən azad etdi
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir