Azərbaycan Prezidenti Əliyev maksimalist tələblər irəli sürür, Ermənistanın Baş naziri Paşinyan isə onları yerinə yetirir. Nikol bunu Avropa və Amerika diplomatiyasının himayəsi altında edir.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Qrant Melik-Şahnazaryan deyib.
“Orada heç bir danışıqlar aparılmır. Bakının tələbləri var və İrəvan, eləcə də Avropa birlikdə bunu Ermənistan əhalisinə təqdim etmək imkanlarının axtarışındadır. Danışıqlarda hər şey aydındır və Avropa Şurasının Prezidenti Mişel danışıqların gedişi barədə kifayət qədər aydın məlumat verib. Bu, Qarabağın Azərbaycanın bir hissəsi kimi tam tanınması, Qarabağ ermənilərinə zərrə qədər də olsa suverenlik verə biləcək hər hansı mexanizmlərin rədd edilməsi, sərhədlərin demarkasiyası və delimitasiyasıdır. Bütün bunlar Azərbaycanın tələblərinin əsasını təşkil edir”, - o bildirib.
O qeyd edib ki, Rusiyanın bütün bu proseslərə necə reaksiya verəcəyi bəlli deyil:
“Qərb Rusiyanı təkcə hərbi deyil, həm də diplomatik mənada regionumuzdan çıxarmaq üçün əlindən gələni edir”.
- Ordubadda qaya uçqunu oldu
- Şəmkirdə kişini elektrik cərəyanı vuraraq öldürdü
- Qatarlar arasında interval niyə 8 dəqiqəni keçib?
- Bu endirim kampaniyasında qiymətlər danışacaq - Foto
- Zakir Fərəcov idarə rəisini vəzifəsindən azad etdi
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir